"The New York Times" qəzetinin yazdığına görə "Walmart" üzvlük paketinə yeni bir xidmət əlavə etmək istəyir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Walmart" illik 98 dollarlıq üzvlük sistemi təklif edir. Bildirilir ki, rəqəmsal yayım platforması tətbiq olunarsa, platforma bu üzvlük sisteminə daxil ediləcək.


"Walmart"ın digər axın xidmətləri ilə rəqabət aparmaq əvəzinə istifadəçilərə abunə olmağa kömək edən bir xidmətə müraciət edə biləcəyi ilə bağlı məlumatlar da var. Lakin şirkətdən mövzu ilə bağlı rəsmi açıqlama verilməyib.