Şirkət xroniki xəstələr üçün reseptsiz əlavələr və dərmanlar tövsiyə edir. Mobil sağlamlıq proqramı olan şirkət həkim və əczaçı qrupu ilə istifadəçilərə məsləhətlər verir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, İndoneziya mərkəzli rəqəmsal aptek startapı Lifepack 7 milyon dollarlıq investisiya alıb. Səhiyyə sektoru pandemiyadan zərər çəkmiş sahələr arasında ön sıralarda idi. Sektorun bir çox sahələri rəqəmsal platformalara keçid alıb. Bu vəziyyətdən apteklər də təsirlənib.
Qeyd edək ki, keçən yanvar ayında rəqəmsal əczaçılıq startapı "Alto", "Softbank Vision Fund" tərəfindən 200 milyon dollarlıq investisiya almışdı.