Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Facemark.az "APA-Economics"ə istinadən xəbər verir ki, hərracda tələb 30,3 mln. ABŞ dolları olub və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (16 avqust 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 26,8% azalıb. Ötən hərracda tələb 41,4 mln. ABŞ dolları olub.
Hərracda manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.