2022-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət, iaşə və pullu xidmət sahələrinin inkişafı


2022-ci ilin yanvar-iyun aylarında ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 4.847,8 milyon manatlıq əlavə dəyər yaradılmış və onun ÜDM-də xüsusi çəkisi 7,7 faiz təşkil etmişdir. Bu dövr ərzində əsas kapitala yönəldilmiş bütün vəsaitin 0,8 faizi (50,1 milyon manat) ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrinə sərf edilmişdir. 2022-ci il iyunun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı iqtisadiyyatın neft-qaz sektorunda 30,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1.675,1 min nəfər olmuş və onların 18,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində cəmlənmişdir. 2022-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölkənin pərakəndə ticarət şəbəkəsindən əhaliyə satılan malların həcmi 22.520,3 milyon manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,9 faiz artmışdır. İstehlak mallarının 28 faizi ticarət müəssisələrində, 48,3 faizi fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 23,7 faizi isə bazar və yarmarkalarda satılmışdır. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 373,5 manatlıq və ya 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 50,7 manat çox dəyərdə əmtəə almışdır.


Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində qida məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 12.635,6 milyon manata bərabər olmuş və 2021-ci ilin müvafiq dövrünün səviyyəsini 2,3 faiz üstələmişdir. Pərakəndə şəbəkədə satılmış qeyri-ərzaq mallarının həcmi isə 9.884,7 milyon manat olmuşdur və əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 3,6 faiz artmışdır. 48,3% 23,7 % 28,0 % Fərdi sahibkarlar Bazar və yarmarkalar Ticarət müəssisələri 2022-ci ilin yanvar-iyun aylarında hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 209,6 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 163,9 manatlıq isə qeyri-ərzaq malları almışdır. Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 56,1 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 12,7 faizi toxuculuq malları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağı, 4,8 faizi elektrik malları və mebelin, 2,5 faizi əczaçılıq və tibbi malların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları, çap məhsullarının, 17,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.


2022-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin məhsul qrupları üzrə strukturu


İaşə xidməti 2022-ci ilin yanvar-iyun aylarında əhaliyə 650,9 milyon manatlıq iaşə xidmətləri göstərilmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 53,8 faiz artmışdır. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,9 faizi hüquqi şəxs statuslu müəssisələrin, 50,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların payına düşmüşdür. Hesabat dövrü ərzində hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi 1,6 dəfə artaraq 322,1 milyon manat təşkil etmişdir. Pullu xidmətlər 2022-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən pullu xidmətlər real ifadədə 7,4 faiz artaraq 4.189,6 milyon manata çatmışdır. Hüquqi şəxslər tərəfindən əhaliyə 3.132,6 milyon manat dəyərində xidmət göstərilmişdir ki, bu da ümumi xidmətlərin 74,8 faizini təşkil edir. Bu dövrdə hər bir ölkə sakini orta hesabla 416,9 manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 63,7 manat çox müxtəlif növ pullu xidmətlərdən istifadə etmişdir.İaşə xidməti 2022-ci ilin yanvar-iyun aylarında əhaliyə 650,9 milyon manatlıq iaşə xidmətləri göstərilmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 53,8 faiz artmışdır. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,9 faizi hüquqi şəxs statuslu müəssisələrin, 50,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların payına düşmüşdür. Hesabat dövrü ərzində hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi 1,6 dəfə artaraq 322,1 milyon manat təşkil etmişdir. Pullu xidmətlər 2022-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən pullu xidmətlər real ifadədə 7,4 faiz artaraq 4.189,6 milyon manata çatmışdır. Hüquqi şəxslər tərəfindən əhaliyə 3.132,6 milyon manat dəyərində xidmət göstərilmişdir ki, bu da ümumi xidmətlərin 74,8 faizini təşkil edir. Bu dövrdə hər bir ölkə sakini orta hesabla 416,9 manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 63,7 manat çox müxtəlif növ pullu xidmətlərdən istifadə etmişdir.