2022-ci ilin yanvar-iyun aylarında sənayedə 33 767,3 milyon manatlıq əlavə dəyər istehsal edilmiş, bu da ÜDM-in 53,3%-ni təşkil etmişdir. Sənayedə yaradılmış əlavə dəyərin 90,6%-i neft sektorunun, 9,4%-i qeyri-neft sektorunun payına düşür.


2022-ci ilin yanvar-iyun aylarında sənayedə istehsal olunmuş malların və 49,7% 50,3% 0% 10% 20% 30% 40% 50% 60% Neft-qaz sektoru Qeyri neft qaz sektoru ÜDM-in bölgüsü 1,3% 1,3% 3,8% 4,7% 5,8% 7,6% 7,7% 14,5% 53,3% 0,0% 10,0% 20,0% 30,0% 40,0% 50,0% 60,0% Turistlərin yerləşdirilməsi və ictimai iaşə İnformasiya və rabitə Tikinti Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq Nəqliyyat və anbar təsərrüfatı Məhsula və idxala xalis vergilər Ticarət, nəqliyyat vasitələrinin təmiri Digər sahələr Sənaye Ümumi daxili məhsulun strukturu 2 göstərilmiş xidmətlərin həcmi 42 163,5 milyon manat təşkil etmişdir ki, bu da öz növbəsində ötən ilin müvafiq dövrünə nisbətən 2,1% artmışdır. Sənayedə qeyri-dövlət sektorunun payı 88,5 faiz olmuşdur. Ümumi istehsalın 94,2 faizi sənaye məhsullarının istehsalı, 5,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.


Neft-qaz sənayesi - ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6% artaraq 33 403,6 milyon manat təşkil etmişdir.


Qeyri-neft sənayesi - cari ilin yanvar-iyun aylarında istehsalın həcmi 8 759,9 milyon manat təşkil etmiş və ötən ilin müvafiq dövrünə nisbətən 11,5% artmışdır. Qeyri-neft emal sənayesi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4% artmışdır.


Sənayenin struktur bölgüsü Mədənçıxarma sənayesi - istehsalın həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,4% artaraq 31 934,3 milyon manat olmuşdur. Sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 16,4 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 17,6 milyard kub metr təşkil etmişdir. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 17,5 faiz artmışdır. Emal sənayesi - cari ilin yanvar-iyun aylarında 8 585,1 milyon manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. İstehsalın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,0% artmışdır.


Elektrik enerjisi, qaz və buxar istehsalı bölüşdürülməsi və təchizatı - 2022-ci il yanvar-iyun ayları ərzində 1 415,6 milyon manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 1,8 faizlik artım müşahidə olunmuşdur. Su təchizatı, tullantıların təmizlənməsi və emalı - cari ilin yanvar-iyun 2 aylarında sektorda istehsal edilmiş məhsulların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq 228,5 milyon manat olmuşdur.


Sənayedə əsas kapitala yönəldilmiş vəsaitlərin 72,3% mədənçıxarma sənayesi, 19,9% emal sənayesi, 6,3% elektrik enerjisi sənayesi və 1,5% su təchizatı, tullantıların təmizlənməsi və emalı sənayesinə yönəldilmişdir.


Sənaye sahələrində çalışan işçilərin sayı və orta əmək haqqı


2022-ci ilin yanvar-may aylarında ölkənin sənaye sahələrində çalışan muzdlu işçilərin orta siyahı sayı 212,7 min nəfər təşkil etmişdir, onların orta aylıq nominal əmək haqqı isə 9,4 faiz artaraq 1 167,8 manat olmuşdur. İşçilərin 31,8 min nəfəri mədənçıxarma, 121,4 min nəfəri emal, 26,7 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 32,8 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində cəmləşmişdir.



Ətraflı sayta keçid alaraq oxuya bilərsiniz.