"DALL-E 2", "Midjourney" və "Google Imagen" kimi mətni şəkillərə çevirən süni intellekt modelləri haqqında danışılmağa davam edərkən, "TikTok" da bu sahəyə daxil olub.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "TikTok" süni intellektlə dəstəklənən filtr vasitəsilə mətnləri şəkillərə çevirməyə başlayıb.


“AI greenscreen” adlı filtr istifadəçilərin mətnlərini şəkillərə çevirir və istifadəçilərə bu şəkilləri fon kimi istifadə etməyə imkan verir. "TikTok"un bu filtri digər süni intellekt modelləri ilə müqayisədə olduqca sadədir. Ancaq tətbiqin yüz milyonlarla istifadəçisi olması və bu istifadəçilərin əhəmiyyətli bir hissəsinin yeni filtrləri sınamağa açıq olması bu filtri birdən-birə sosial medianın mərkəzinə çevirə bilər.


Qeyd edək ki, filterə tətbiqin kamera ekranından daxil olmaq mümkündür.