İnstaqramın əlavə edəcəyi yeni xüsusiyyətlə istifadəçilərinə paylaşımlarını birbaşa tətbiq vasitəsilə planlaşdırmağa və avtomatik olaraq istədikləri gün və saatda paylaşımlarını yayımlamağa imkan verəcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, yalnız "Creator Studio" adlı veb proqramında mövcud olan planlaşdırma xüsusiyyəti İnstaqram tətbiqinə daxil ediləcək. "Creator Studio" Meta tərəfindən hazırlanmış bir veb tətbiqi olsa da, xüsusilə İnstaqramdan planlama və istifadəçiləri veb saytlara yönləndirmək üçün sosial media istifadəçiləri üçün çətinliklər yaradır. Bu səbəbdən İnstaqram bununla bağlı mühüm addımlar atıb.