Çinin onlayn pərakəndə satış şirkəti "Alibaba" bu ilin aprel-iyun aylarında 9,2 min nəfəri işdən çıxarıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkət birinci rübdə 4,4 min nəfəri ixtisar edib. Böyük texnologiya şirkətləri artan inflyasiya, maddi xərclər və siyasi gərginliklər fonunda xərcləri azaltmaqla bu gün bu addımı atırlar. İkinci rüb üçün pərakəndə satış şirkətinin beynəlxalq ticarətdən əldə etdiyi gəlir mənfi tendensiya nümayiş etdirərək illik ifadədə 3% azalaraq 10,2 milyard yuana (1,6 milyard dollar) düşüb. “Alibaba” gəlirin azalmasının səbəbini avronun dollara nisbətdə ucuzlaşması, habelə Rusiya-Ukrayna münaqişəsi səbəbindən tədarük zəncirlərində davam edən fasilələrlə əlaqələndirib.


Şirkətin tarixində ilk dəfə olaraq illik ümumi gəlir 205,7 milyard yuandan 205,6 milyard yuana qədər azalıb.


Qeyd edək ki, ekspertlər daha kəskin azalma gözləyirdilər.