Canlı alış-veriş pul qazanma üsuludur. Buna görə də "Facebook"un bu yeni qərarı ilə canlı satış yolu ilə gəlir əldə edən məzmun istehsalçılarının zərər görəcəyi görünür.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkətdən verilən açıqlamalarda xüsusiyyətin 1 oktyabr 2022-ci il tarixindən etibarən istifadəyə verilməyəcəyi bildirilib.


Canlı alış-veriş İnstaqramda davam edəcək


Şirkət bu qərarın səbəbinin Reels videoları olduğunu deyir. Tərtibatçılar Reels xüsusiyyətlərinə diqqət yetirməyə davam edəcəklər. Bununla belə, Meta daxilində İnstaqramda "Live Shopping" funksiyası istifadə olunmağa davam edəcək. "TikTok" da bir müddət əvvəl öz "Live Shopping" funksiyasını işə salıb. "TikTok Shop" adlanan bu funksiya ilk mərhələdə Asiya ölkələrinə, sonrakı mərhələdə isə Avropa və ABŞ-a çatıb.