"TikTok", "Spotify" və "Apple Music"ə rəqib olur.


Pekində yerləşən "TikTok", "Musical.ly", "Toutiao", "BuzzVideo" və "Vigo Video" proqramlarının sahibi "ByteDance" "TikTok Music" üçün hərəkətə keçib.


Ötən günlərdə mobil oyunları tətbiqə inteqrasiya edəcəyini açıqlayan "TikTok" bu dəfə musiqi bazarında adından söz etdirməyi bacarıb. "TikTok" və bir çox oxşar tətbiqləri ehtiva edən "ByteDance", "TikTok Music"in qeydiyyatı üçün Amerika Birləşmiş Ştatları Patent və Ticarət Nişanı Ofisinə müraciət edib.


Ticarət nişanı ərizəsində olan məlumata görə, proqram istifadəçilərə canlı audio və video yayımlamağa, mahnı və albomlara şərh verməyə, podcast və radio yayımı məzmununu yayımlamağa imkan verir. Hindistan, Braziliya və İndoneziyada da Resso tətbiqi ilə eyni xidməti təqdim edən "ByteDance" proqramı "TikTok Music"ə inteqrasiya etməyi planlaşdırır.


'TikTok"un İnstaqram başda olmaq üzrə bir çox tətbiqlərlə rəqabətinin digər tətbiqlər baxımından risk təşkil edib-etmədiyini görmək mümkün olacaq.