Fujitsu dünyanın ən yüngül noutbuku olan Lifebook WU-X/G2-ni təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Yaponiyanın texnologiya şirkəti Fujitsu təşkil etdiyi tədbirdə yeni "Lifebook WU-X/G2" notbukunu təqdim edib. Bu noutbuk dünyanın ən yüngül noutbuku olduğu üçün bazarda diqqəti cəlb edir. Cəmi 634 qram ağırlığında olan noutbuk hətta Apple iPad Pro-dan (682 qram) yüngüldür.


Fujitsu WU-X/G2 12-ci nəsil Intel Core prosessorları ilə təchiz edilib. 8GB, 16GB və ya 32GB LPDDR4x RAM ilə alına bilən noutbuk 256GB ilə 2TB diapazonunda yaddaş seçimləri təklif edir. Bluetooth 5.1 və WiFi-6 dəstəyinə malik noutbukun batareya tutumu 25WHr olaraq açıqlanıb.