Facemark.az “My Data Summit 2022” forumunun təşkilatçılarından biri İlqar Zərbalıyev ilə müsahibəni təqdim edir!


1. İlqar bəy, salam. Öncəliklə oxucularımızı tədbirlə tanış etmək üçün ümumi məlumat bölüşməyinizi istərdik.


Salam. "My Data Summit" dünyanın 35-dən artıq ekspertinin iştirakı ilə təşkil olunmuş online summitdir. Summitdə "Microsoft Office" proqramları və eləcə də, "Microsoft Power Platform" məhsullari ("Power Apps", "Power Automate", "Dataverse", "Power Query", "Power Pivot", və s.) haqqında çıxışlar olacaqdır. Tədbir "Endless Fairs" online platformasında keçiriləcəkdir. Bu da iştirakçılara yeni bir təcrübə qazandıracaqdır. Summitdə virtual sərgi də təşkil olunacaq. Bu tədbir "Microsoft" korporasiyası, "Financial Modelling Institute" və s. qurumlar tərəfindən dəstəklənir.



2. "Data" mövzusunda beynəlxalq tədbirin keçirilməsində əsas məqsəd nədir?


Hər bir datanın öz dəyəri var. Burdakı əsas məqsəd, data ilə məşğul olan istifadəçilərə aşağıdaki mövzularda köməklik göstərməkdir:


  • Dünyanın öndə gələn Data Ekspertləri ilə tanışlıq
  • Networking
  • Data ilə əlaqəli əsas mövzular haqqında məlumat və təcrübələr əldə etmək
  • Gələcəyin texnologiyaları haqqında öyrənmək
  • Data ehtiyaclarınızı asanlaşdırma yollarını tapmaqda köməklik göstərmək


3. Dünyanın müxtəlif ölkələrindən sahəsi üzrə zəngin informasiya və təcrübəyə sahib peşəkar mütəxəssislərini bir araya toplamaq olduqca çətin prosesdir. Bu çətin işin öhdəsindən necə gəldiniz? Hazırlıqlar hansı mərhələdədir?


Sizinlə razıyam. Amma çətin olsa da, cəmiyyət adına faydalı olduğunuzu düşündüyünüz zaman bunu unuda bilirsiniz və gördüyünüz faydalı işdən zövq alırsınız. Pandemiyadan əvvəl 2019-cu ilin noyabr ayında Sloveniya da keçirilən "Excel Günləri" adlı tədbirində iştirak etmişdim. Orda Leila Garani, Ken Puls, Gašper Kamenšek, Matt Allington, Charles Williams, Liam Bastick, Alan Murray, Guy Hunkin və s. ekspertlərlə tanış olmuşdum. Daha o zamandan doğma Azərbaycanımızda “Azerbaijan Excel Days” tədbirini keçirməyi planlaşdırmışdım. Lakin pandemiya buna mane oldu. Amma sonralar bu fikrimi 2021-ci ilin mart ayından başlayaraq "Online Meetup"lar şəklində həyata keçirməyə başladım.


"Baku Power BI, Excel & Innovative Educators` Meetup Group"u qurdum və indiyə qədər beynəlxalq ekspertlərin iştirakı ilə 71 Meetup təşkil etdim.


Link vasitəsilə meetuplar ilə tanış ola bilərsiniz: https://www.meetup.com/baku-power-bi-excel-innovative-educators-meetup-group/


Microsoftun Excel Forumu vardır. Orda çətin məsələlər ilə üzləşən istifadəçilər yardım istəyirlər. Həmin forumda aktiv iştirak edirəm. Sloveniyadakı tədbirə qatılmam, meetupların təşkili və Excel forumlarındakı iştiraklarım əslində 35 dünya ekspertini bir araya gətirməkdə çox faydalı oldu. Həm də, bildiyiniz kimi, mən bu tədbiri Hindistandan olan Microsoft MVP Faraz Shaikh ilə birlikdə təşkil edirəm. Hər ikimizin əlaqələri bu tədbiri təşkil etməkdə bizə kömək etdi.



4. “My Data Summit 2022” Qlobal Forumu daha öncə keçirilmiş "data" mövzulu yerli və beynəlxalq tədbirlərdən hansı xüsusiyyətlərinə görə fərqlənir? Bu forumda iştirakçıları hansı yeniliklər gözləyir?


Bu çox gözəl sualdır. Təşəkkür edirəm.


Əsas fərq ondan ibarətdir ki, bu tədbirdə həm "Microsoft Office", həm də "Power Platform" məhsulları üzərinə çıxışlar təşkil edilibdir. Masterklasslarımızın zənginliyi və "Endless Fairs" kimi bir platformdan istifadə etmək digər tədbirlərdən bizi fərqləndirir. Biz əsasən iki müsəlman ölkənin vətəndaşı olaraq bu tədbiri təşkil edirik. İnanmazsınız bəlkə də, amma bu hamının diqqətini çəkir.



5. Bəs maraqlıdır, dünyadakı ən böyük güc hesab olunan "data" mövzusunu mərkəzinə alan konfrans insanların diqqətini çəkirmi? Xüsusilə, qlobal və onlayn formatda keçiriləcək bu tədbirə iştirakçıların marağı nə dərəcədədir?


Bildiyiniz kimi tədbirimiz Azərbaycan vaxt zonasına görə təşkil olunmuşdur. Əsas hədəf kütləmiz ABŞ, Kanada, Yeni Zelandiya, Avstraliya və Avropa ölkələri idi. Bu gün ən çox maraq məhz ABŞ-dan gəlir. Bilirsiniz, tədbirimizə qatılacaq insanların 1 illik “recording”lərə giriş etmə imkanları olacaq və bu da tədbiri daha da çəkici edir.



6. Qlobal forumun danışıq dili, ingilis dili olacaq. Paralel olaraq Azərbaycan dili tərcümə xidmətindən istifadə olunacaqmı?


Tədbir ingilis dilindədir. Azərbaycandan iştirakçı sayını və ehtiyacları diqqətə alaraq tərcümə xidmətindən istifadə edə bilərik. "Endless Fairs" virtual platforması buna imkan verir.



7. Ölkəmizə qlobal səviyyədə mütəxəssislərin dəvət edilməsi həm iqtisadi, həm də turizm çərçivəsində faydalı olacağını düşünsək, növbəti illərdə forumu onlayn formatla paralel olaraq, fiziki məkanda da keçirilməsi planlaşdırılmı? Ümumiyyətlə, “My Data Summit 2022” qlobal forumunun davamlı keçiriləcəyini gözləyə bilərik mi? My Data Summit 2023, 2024...


Əlbəttə. My Data Summit – 2023, 2024 və s. mütləq olacaqdır. Mən Azərbaycanımız haqqında ekspertlər ilə yetərincə danışmışam. İnanıram ki, bir sonrakı illərdə bu tədbir offline formatda da təşkil olunacaqdır.




Təşəkkür edirik!