"Spotify" pərəstişkarları və yaradıcıları bir araya gətirmək üçün Shoreditch-də “Greasy Tunes” adlı öz kafesini yaradıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, qapılarını iyulun 19-da açan və iyulun 22-dən sonra bağlanan “Greasy Tunes” pərəstişkarlarına sevimli sənətçilərlə görüşmək şansı təqdim edib. Kafeyə daxil olduqdan sonra qonaqlara “Greasy Tunes” pleylistləri təqdim olunub və bu siyahıda həmçinin illüstratorların və rəssamların rəsm əsərləri də nümayiş edilib.