Aston Martin şirkəti bundan sonra satışa çıxaracağı avtomobillərdə istifadə olunacaq yeni loqosunu təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Aston Martin 2003-cü ildən istifadə etdiyi loqotipi yeniləyib. Avtomobil sənayesindəki trendi izləyən və indi rəqibləri kimi daha sadə loqodan istifadə edəcək Aston Martin bu loqo ilə yeni bir dövrə başlayıb.


Aston Martin-in yeni loqosunun təfərrüatlarına nəzər saldıqda bu loqonun İngiltərənin Birmingem şəhərindəki zərgərlik dizaynerləri tərəfindən canlandırıldığını görürük. Şirkət üçün səkkizinci olan yeni loqo Aston Martin-in yaxın dövrlərdə satışa çıxaracağı idman avtomobillərində aktiv şəkildə istifadə olunacaq.


Yeni loqonu təqdim edirik: