"Netflix" son rübdə təxminən 1 milyon istifadəçisini itirib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, hazırda "Netflix"in 220,67 milyon istifadəçisi var və şirkət növbəti rübdə 1 milyon yeni istifadəçi əlavə etməyi planlaşdırır. "Netflix" 970 min istifadəçi itirəcəyini düşünməsə də, şirkət əslində daha çox istifadəçi qazanmaq üçün daha sərfəli abunə modelləri üzərində işləyir. Bu modellərdən biri reklam dəstəkli abunədir. Bu modelin 2023-cü ildə aktivləşdirilməsi gözlənilir. "Netflix" bu model üçün "Microsoft" ilə əməkdaşlıq edir.


Qeyd edək ki, Bbu yaxınlarda texnologiya sənayesində ixtisarlar davam edərkən, "Netflix" də 450 işçini işdən çıxardı.