“All Things D” nəşrinin məlumatına görə, “Twitter” şirkəti “Vine” video xidmətini satın alıb. Satın alınmış layihə startap mərhələsindədir və onun əsas vəzifəsi istifadəçilər arasında videoçarx mübadiləsidir. Qeyd edək ki, “Vine” şirkətinin əsası 2012-ci ilin yayında Nyu-Yorkda qoyulub. Sazişin qiyməti açıqlanmayıb.

“Vine” texnologiyasının iş prinsipi məlum deyil, çünki şirkət hələ ki bazara hazır həll təqdim etməyib. Lakin şirkətin saytında bildirilib ki, "bu həll “iPhone” smartfonunda videonun çəkilməsi və mübadiləsinin ən yaxşı üsuludur".