"Netflix" reklam dəstəkli abunə modeli üçün "Microsoft" ilə əməkdaşlığa başlayıb.


Facemark.az xəbər verir ki, "Microsoft"un bloqunda yer alan yazıya görə, şirkət marketoloqların "Netflix" ekosisteminə reklamlar gətirmək üçün "Microsoft" ilə birlikdə işləyəcəyini bildirib.


"Netflix"in yeni abunə modelinin nə vaxt təqdim ediləcəyi hələlik bəlli deyil. Bu mövzuda rəsmi tarix açıqlanmasa da, sözügedən modelin 2022-ci ilin sonuna kimi müştərilərin istifadəsinə veriləcəyi bildirilir.


Yeni abunə planları 25 illik tarixində heç vaxt reklamlara icazə verməyən "Netflix" şirkəti üçün böyük dəyişiklikdir. Ancaq ümumi vəziyyətə baxdığımızda heç də təəccüblənmirik və bunun səbəbi "Netflix"in son rübdə 200 min abunəçisini itirməsidir.


Qeyd edək ki, "Disney" şirkəti də reklam abunə modeli üzərində işləyir.