Unicode Konsorsiumu müntəzəm olaraq bəzi yeni emojiləri təsdiqləyir. Təsdiqlənən emojilər növbəti prosesdə Android və iOS əməliyyat sistemlərinə gələcək.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 2023-cü ildə 31 emoji ilə qarşılaşa bilərik.
Əslində, təsdiq edilən bütün emojilər yeni və unikal deyil. Unikal olanların sayı daha azdır. Hər iki tərəfə cəld tərpənən emoji, maral başı, qaz, qanad, meduza, yeni Wi-Fi emojisi ehtimal olunur ki, gələn il bizimlə olacaq.