İlin ikinci rübündə International Data Corporation (IDC) tərəfindən ən çox satılan markalar açıqlanıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ABŞ-ın bazar araşdırması şirkəti International Data Corporation (IDC) 2022-ci ilin ikinci rübü üçün kompüter satış rəqəmlərini açıqlayıb. Araşdırmalar göstərib ki, kompüter satışları kəskin şəkildə azalıb. Belə ki, PC istehsalçıları son 3 ayda cəmi 71,3 milyon tədarük edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz az olub.


Açıqlanan nəticələrə baxdığımızda Çin texnologiya şirkəti Lenovo-nun zirvədə olduğunu görürük. Son 3 ayda 17,5 milyon ədəd satan Lenovo-dan sonra HP, Dell, Acer, Apple və ASUS gəlir.


2022-ci ilin 2-ci rübündə ən çox satılan kompüter markaları


  • Lenovo: 17.5 milyon
  • HP: 13.5 milyon
  • Dell: 13.2 milyon
  • Acer: 5 milyon
  • Apple: 4.8 milyon
  • ASUS: 4.7 milyon

Araşdırma 2022-ci ilin ikinci rübü ilə 2021-ci ilin ikinci rübü arasında ən çox zərər çəkən şirkətləri də unutmayıb. Belə ki, son üç ayın zərər çəkmiş şirkəti "HP" oldu. Çünki "HP" tədarükləri ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz az olub. "HP"nin ardınca 22,5 faiz itki ilə "Apple", 19,2 faiz zərərlə "Acer", 12,1 faiz zərərlə "Lenovo", 5,3 faiz zərərlə "Dell" və 4,6 faiz zərərlə "ASUS" gəlir.