Birləşmiş Millətlər Təşkilatının 11 İyul Ümumdünya Əhali Günü ilə bağlı hazırladığı hesabat dərc olunub. Verilən açıqlamalara görə, bir neçə ay ərzində dünya əhalisinin artımı 8 milyarda çatacaq. Çin dünyanın ən çox əhalisi olan ölkəsi ünvanını da itirəcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, hesabata görə, çox yaxın gələcəkdə dünyanın ən sıx məskunlaşdığı ölkə olan Çin titulunu itirəcək. BMT 1 milyard 412 milyon əhalisi olan Hindistanın 2023-cü ildə 1 milyard 426 milyon əhalisi olan Çini keçəcəyini düşünür. 2050-ci ilə gəldiyimiz zaman Hindistanın əhalisi 1 milyard 668 milyon, Çinin əhalisi isə 1 milyard 317 milyon olacaq.


BMT-nin hazırladığı hesabata görə, noyabrın 15-də dünya əhalisinin sayı 8 milyarda çatacaq. Növbəti dövrdə də yüksəliş tendensiyası davam edəcək. Hesablamalara görə, 2030-cu ildə 8,5 milyard, 2050-ci ildə 9,7 milyard, 2080-ci ildə isə 10,4 milyard insan olacaq. Bu tarixdən sonra əhalinin artım tempi aşağı düşəcək. BMT 2100-cü ilə qədər əhalinin sayının 10,4 milyard səviyyəsində qalacağını proqnozlaşdırır.