Əhalinin gəlirləri 2022-ci ilin yanvar-mart aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 18.9 faiz artaraq 16000.5 milyon manata çatmışdır. Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 1593.2 manat təşkil etmişdir. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 14311.1 milyon manatlıq (onun hər nəfərə düşən həcmi 1425.0 manat) və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 19.5 faiz çox vəsait qalmışdır.
Əmək haqqı 2022-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 11.0 faiz artaraq 768.3 manat təşkil etmişdir. Əmək haqqı neft-qaz sektorunda 3022.2 manat, qeyri neft-qaz sektorunda 724.5 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 714.8 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 830.8 manat olmuşdur. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olmuşdur.
Demoqrafik vəziyyət Ölkə əhalisinin sayı ilin əvvəlindən 8098 nəfər və ya 0.07 faiz artaraq 2022- ci il mart ayının 1-i vəziyyətinə 10164464 nəfərə çatmışdır. Əhalinin ümumi sayının 52.9 faizini şəhər, 47.1 faizini kənd sakinləri təşkil edir. 2022-ci ilin yanvar-fevral aylarında ölkə üzrə 20462 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 12.6 təşkil etmişdir. Doğulan körpələrin 53.3 faizi oğlan, 46.7 faizi isə qız uşaqlarından ibarət olmuşdur. Məşğulluq və işsizlik 2022-ci il aprelin 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5307.1 min nəfər olmuş, onlardan 4991.7 min nəfərini məşğul əhali təşkil etmişdir. 2022-ci il martın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1682.1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 902.5 min nəfər, qeyri-dövlət sektorunda isə 779.6 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31.3 min nəfər, qeyri neft-qaz sektorunda isə 1650.8 min nəfər çalışmışdır. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23.2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7.0 faizi tikintidə, 7.3 faizi emal sənayesində, 3.5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1.9 faizi mədənçıxarma sənayesində, 1.9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1.6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur. 2022-ci ilin yanvar-fevral aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 145.4 saat təşkil etmişdir.
Mənbə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi