“Facebook” sosial şəbəkəsi istifadəçilərin yazışmasını oxuduğunu etiraf edib. Şirkət nümayəndələrinin “The Next Web” nəşrinə verdiyi məlumata əsasən, sistem şəxsi mesajları avtomatik skan edir. Bu digər saytlardakı "layk"ların hesablanması üçün həyata keçirilir. Xüsusi alqoritm mesajın spam olmadığına əmin olmaq üçün həmçinin istinadları yoxlayır.


“Facebook”un yazışmaları skan etməsi haqqında ilk dəfə Polşanın “Killswitch.me” startapı məlumat verib. Həmçinin məlum olub ki, “Facebook” hər dəfə şəxsi mesajda istinad göndərilən zaman bir “layk”a daha ikisini əlavə edir.


Tərtibatçılar iddia edirlər ki, “Graph API”-nin düzgün işləməməsi nəticəsində səhifənin “layk”larının sayını 1 saat ərzində 1800-dək artırmaq olar. Şirkət bu problemin tezliklə aradan qaldırılacağını bildirib.