Facemark.az Nurlan Qarayevin "Rəqəmsal Marketinqdə bloqların əhəmiyyəti" mövzusunda köşə yazısını təqdim edir!


Bloqlar artıq gündəlik həyatımızın bir hissəsinə çevrilən və insaların öz təəssürat-larını və informasiyalarını paylaşdığı bir mühitə çevrilib. Bu nöqtədə məzmun yara-dıcılarının müxtəlif mövzularda hissləri, düşüncələri və ideyaları bloqlar vasitəsilə bizlərə çatdırılır. Bloqlar adlanan rəqəmsal gündəliklərin paylaşılması isə yeni bir dönəmin başlanğıcını gətirib. Bloq sözünün tərkibinə nəzər saldıqda onun web və log sözlərinin birləşməsindən əmələ gəldiyi görünür.


Rəqəmsal dünyada vebloq məşhur bir sözə çevrildi. Bu gün bloglar izləyicilərini məzmunla təmin edən vebsaytlara çevrilib.


Bloqlar şərh yazmaq, fərdi blog siyahılarını yaratmaq, təkrar baxmaq və abunə olmaq xüsusiyyətlərini özündə ehtiva edir. Buna görə də, bu gün müəssisələr marketinq fəaliyyətlərini bu platforma vasitəsilə həyata keçirirlər. Bloqun ən yaxşı xüsusiyyətlərdən biri də oxucuların şərhlər vasitəsilə müəlliflə qarşılıqlı əlaqədə olmasıdır. Bloqlarda dərc olunan məqalələr adətən günümüzə aiddir və trendləri təqib edir.


Bloqların bir çox növləri vardır:


  • Şəxsi bloqlar
  • Tematik bloqlar
  • İcma bloqları
  • Korporativ bloqlar
  • Mikro bloqlar


Şəxsi bloqlar


Fərdlərin şəxsi və gündəlik həyatı, duyğuları və fikirlərini paylaşdıqları bloq növü-dür. Şəxsi bloq yazarları əsasən öz həqiqi adlarından istifadə edirlər.





Tematik bloqlar


Müxtəlif mövzulara uyğun yaradılmış bloqlardır. Bu mövzular əsasən moda, yemək, incəsənət, kitablar, fotoqrafiya, idman, qayğı, gözəllik, həyat tərzi və s. olabilir. Bloq yazarları mütəxəssis olduğu və yaxud maraqlandığı sahə üzrə bloq açıb content yaradırlar. Bu zaman oxşar mövzularda məzmun yaradan şəxslər bir icma təşkil edə bilər və bu icmalar vasitəsilə ümumi maraqları haqqında məlumat əldə edə bilir və ünsiyyət qururlar.



İcma bloqları


Yalnız fərdin deyil, konkret qrupun məzmun yaratdığı yerdir. Tematik bloqlarda qeyd olunan ümumi mövzular haqqında məzmun yaradıla və müxtəlif məqalələr dərc oluna bilər.



Korporativ bloqlar


Şirkətlər özləri haqqında xəbərlərin daha səmimi şəkildə ictimaiyyətlə paylaşıl-masını təmin edən bloq növüdür. Bu tip bloqlarda bizneslər daxili müştərilər kimi ifadə olunan öz müştərilərinə üstünlük verirlər. Şirkət işçiləri və ya sosial media məzmun blogerləri tərəfindən yaradılır. Şirkətlər, korporativ bloqlar vasitəsilə yeni xəbərləri müştərilərinə elan edə bilirlər.


Korporativ bloqlar sayəsində şirkətlər öz müştəriləri ilə münasibəti və əlaqələrini gücləndirir. Bu həm də marka məlumatlılığını artırır.





Mikro bloqlar


İstifadəçilərin maraqlı mövzuları təsvir edə biləcəyi mətn mesajlarıdır. Mikrobloq-lar, cari yazılar, ideyalar və sadə, sürətli bildirişlər əldə etməkdir (McFries, 2007). Mikrobloqlar vasitəsilə video, foto, audio və mətn paylaşımı birlikdə edilə bilər.


Bu tətbiqlər sayəsində insanlar gündəlik fəaliyyətlərindən və məlumat mübadiləsindən istifadə edirlər.


Bloqlarda məzmun yaradan və istehlakçıları ilə ünsiyyət quran müəssisələr çox əlverişli mövqedədirlər. Bu kontekstdə bloqçuluğun bizneslər üçün faydalarını aşağıdakı kimi sadalamaq olar:


İstehlakçılara səmimi yanaşma: Müəssisələr çox vaxt ənənəvi üsullardan istifadə edərək, marketinq fəaliyyətlərində alıcılarla qurduqları ünsiyyətdə korporativ (rəsmi) dilə üstünlük verirlər. Bu isə birtərəfli ünsiyyətə imkan verir. Bizneslər bloqlar sayəsində,öz istehlakçılarına və potensial müştərilərinə səmimi səslə yanaşa bilir, məzmunun altındakı şərh bölməsi vasitəsilə istehlakçıları ilə ikitərəfli ünsiyyət yaratmaq imkanına malik olurlar.


Etibarlılığın artırılması: Müəssisələr tərəfindən istehlakçılara təklif olunan məhsul və ya xidmətlərdən bloggerlər istifadə etdikdən sonra alıcılar məhsulu almağa daha meylli olurlar. Beləliklə, blog yazıları ilə kütlələri ələ keçirmək mümkündür. İstehlakçıların şüurunda müəssisələrin imici də artır.





Müştəri xidmətlərinin müasirləşməsi: Bizneslərin bloqları müştərilərin blog məz-munu vasitəsilə şirkətə xüsusi suallar vermək üçün istifadə etmə imkanı verir. Beləliklə, bizneslər, yeni nəsil rabitə agentləri rolunu oynayırlar.


Potensial müştəriləri əldə etmək imkanı: Bizneslər, ənənəvi mühitdə marketinq fəaliyyəti ilə əldə edə bilmədiyi potensial müştəri kütləsini, bloqlar vasitəsilə tanıya bilər.


Bütün bu amilləri nəzərə alaraq, bloqların bizneslər üçün alıcılarla ünsiyyət qurmağın ən təsirli və asan yollarından biri kimi adlandıra bilərik. Bu səbəbdən müəssisələr rəqəmsal dünyanın gücündən faydalanır. Öz məzmununu aydın və effektiv şəkildə yaradan, alıcılara və ictimaiyyətə ən uğurlu şəkildə çatdırmağı bacaran markalar və ya müəssisələr, rəqiblərindən qat-qat öndədirlər.