Məşhur fast-food şəbəkəsi "Burger King" müştərilərin rəylərinə əhəmiyyət verdiyini göstərmək üçün reklam kampaniyasında müştərilərinin 911-lə olan danışıqlarıdakı səs yazılarından istifadə edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, məşhur fast-food şəbəkəsi "Burger King" müştəriləri üçün öz təcrübələrini bölüşmək üçün rəy saytı yaradıb. Fast-food şəbəkəsi yaratdığı saytı elan etmək üçün radio kompaniyasında müştərilərin 911 təcili yardım xəttinə edilən zənglərinin səs yazılarından istifadə edib.


"DAVID Buenos Aires" reklam agentliyi tərəfindən yumoristik şəkildə yaradılan kampaniya ilk dəfə İrlandiyada başlayıb. Kampaniya hər hansı problem üçün 911-ə zəng etmək əvəzinə, müştəriləri onlayn müştəri təcrübəsi sorğusunu doldurmağa və birbaşa brendə rəy bildirməyə dəvət edir. Şirkət bu kampaniya ilə müştərilərin rəylərinə böyük əhəmiyyət verdiyini göstərməyə çalışır.