"Amazon" keçən il açacağını açıqladığı ilk fiziki geyim mağazasını açıb.


Facremark.az xarici mənbəyə istinadənxəbər verir ki, E-ticarət nəhəngi bu xəbərdən qısa müddət sonra ilk geyim mağazası olan "Amazon Style"ı açdı.


Kaliforniyada bir ticarət mərkəzində açılan "Amazon" mağazasında "Lacoste", "Levi's" kimi məşhur brendlərin məhsulları var. Eyni zamanda tətbiqdə satın alınan məhsulları qiymətləndirə biləcəyimiz bir sistem hazırlanır.


"Amazon Style"ın hansı ölkələrdə açılacağı ilə bağlı hələ heç bir məlumat yoxdur.