Bakıda ilk dəfə olaraq Beynəlxalq Piano Festivalı keçirilir. Mayın 27-dək davam edəcək musiqi bayramının təşkilatçısı Mədəniyyət Nazirliyi, təsisçi və direktoru isə Azərbaycanın əməkdar artisti Şahin Növrəslidir.


Facemark.az-ın media tərəfdaşı olduğu festival çərçivəsində caz, flamenko, tanqo, muğam, klassik və digər müasir musiqi janrlarının səsləndirildiyi 15 heyrətamiz konsert nümayiş olunacaq. Azərbaycanın əməkdar artisti Şahin Növrəsli, Remi Geniet, Pablo Matias Beccera, "Los Aurora Flamenco Group", Vikram Ruzaxunov, Güvenç Dağüstün, Vadim Abramoff da daxil olmaqla bir çox görkəmli musiqiçilər və musiqi qrupları öz ifaları ilə tamaşaçıları ecazkar harmoniyaya bürüyəcək.



Festivalın 25 may tarixinə olan proqramını təqdim edirik:


Saat 19:00-da Səidə Zülfüqarova və Vurğun Vəkilov Azərbaycan Dövlət Filarmoniyasında fortepiano və orkestr üçün konsert nümayiş edəcəklər.


Saat 21:00-da isə Marek Novotny (Piano), Smoldas Libor (Guitar), Maksim Makagonov (Bass) və Tomas Hobzek (Drums) "The OrangeGrove" Landmarkda konsert proqramını təqdim edəcəklər.


Səidə Zülfüqarovanın ifasında Qriqin fortepiano konserti solo karyerasından kamera musiqisinə qədər şoular yaratmaqdan tamamilə fərqli mənşəli sənətçilərlə çıxış etməyə, enerjili, innovativ senarilərə qədər onun zəngin, axtaran və araşdıran şəxsiyyətini parlaq şəkildə əks etdirir. Eləcə də Vurğun Vəkilovun ifasında S.Raxmaninovun möhtəşəm II konserti. Adı gənc istedadların “Qızıl kitabı”na ​​düşən və xüsusi aylıq təqaüdə layiq görülən klassik pianoçu 2017-ci ildə "Prezident Gənclər Mükafatı"na layiq görülüb və hazırda Alfred Kortonun sinfində, "Ecole Normale de Musique de Paris"-də təhsil alır.


Marek Novotnı bir çox musiqi layihələri və ansambllar ilə eksperimentlər aparıb və qastrollarda olub. Onun son musiqi təcrübələri Chang-Şa/ÇİN Festivalının Qran Prisinə layiq görülüb.



Festivalın 26 may tarixinə olan proqramını təqdim edirik:


Saat 19:00-da Aga Derlak Trio Polşa Respublikasının Milli Bayramına həsr olunmuş konsert proqramını Landmark-ın 22-ci mərtəbəsində nümayiş edəcək. Aga Derlak ilin ən yaxşı caz debütünə görə Polşa Fonoqrafiya Akademiyasının - FRYDERYK 2016 Mükafatının laureatıdır.


Saat 21:00-da isə Züleyxa Usubova, Rövşən Əmrahov və Əyyub Əliyev fortepiano, viola və skripkada üçlü konsert nümayiş etdirəcəklər.


27 may festivalın bağlanış mərasimi zamanı maestro Şahin Növrəslinin çoxdan gözlənilən "Bayatı" albomunun təqdimatı və 45 illiyə həsr olunmuş konserti baş tutacaq.



Proqrama bilet əldə etmək üçün İticket saytına keçid ala bilərsiniz.

Festival haqqında daha çox məlumat əldə etmək üçün bakupianofestival.com saytına keçid ala bilərsiniz.



Festivaldan fotoları təqdim edirik: