Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 122 268,11 min ABŞ dolları dəyərində pambıq ixrac olunub.


Facemark.az "APA-Economics"ə istinadən xəbər verir ki, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 7,3% artıb. Cari ilin ilk dörd ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 1,03%-ə bərabər olub.


Hesabat dövründə ölkədən 103 513,56 min dollar dəyərində 45 343,00 ton pambıq lifi ixrac olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq dəyər göstəricisi üzrə 6,8% çox, həcm göstəricisi üzrə isə 29,8% azdır.


Cari ilin yanvar-aprel ayları ərzində ölkədən 18 243,22 min dollar dəyərində (artım 19,8%) 4 340,94 ton (azalma 23,1%) iplik pambıq ixrac olunub.
Pambıq idxalının dəyəri 1 778,61 min dollar olub ki, bu da ötən ilin müvafiq göstəricisindən 0,5% çoxdur. Bu ilin ilk dörd ayı üzrə pambığın ümumi idxalda xüsusi çəkisi 0,04% təşkil edib.