Dünya üzrə ilin ən uğurlu proqram təminatı və rəqəmsal transformasiya layihələri olan SAP tərəfindən seçilən İnnovasiya Mükafatları 2022-yə yekun vurulub.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Türkiyənin ən məşhur ayaqqabı mağazası şəbəkələrindən biri olan FLO, 40 ölkədən 200 rəqibindən fərqlənərək, süni intellektə əsaslanan rəqəmsal transformasiya layihəsi "FLO Wise" ilə mükafat qazanıb.


Qeyd edək ki, "FLO Wise" "məhsulun qaytarılması" mərhələsində işləyən bir sistemdir. Süni intellekt köməkçisi ilə birlikdə müştərilər tərəfindən mağazalara gətirilən zədələnmiş məhsulların tarixçəsi bu yolla təhlil edilir.