İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçirilən 66-cı “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı başa çatıb.
Facemark.az xəbər verir ki, Turin şəhərinin ev sahibliyi ilə keçirilən “Eurovision 2022”nin ilk yarımfinalında 17 ölkənin - İslandiya, Avstriya, Danimarka, İsveçrə, Albaniya, Moldova, Xorvatiya, Yunanıstan, Litva, Latviya, Ukrayna, Norveç, Sloveniya, Bolqarıstan, Niderland, Portuqaliya və Ermənistanın təmsilçiləri performanslarını nümayiş etdiriblər.
Çıxışlardan sonra səsvermə keçirilib və ən çox səs toplayan 10 ölkə final mərhələsinə yüksəlib. Həmin ölkələr Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya və Ermənistandır.