Facemark.az xarici mənbəyə istinadən rəqəmsal dünyada uğurlu işlərə imza atmış adların siyahısını təqdim edir.



The Onion


ABŞ-ın Viskonsin əyalətinin paytaxtı Madisonda həftəlik qəzet olaraq fəaliyyətə başlayan "The Onion" rəqəmsal dünyanın ən məşhur satirik xəbər saytlarından birinə çevrilməyi bacarıb. "The Onion"u uğurlu edən başqa bir addım, onun reklamçılarla münasibətlərini “əməkdaşlığa” yönəlmiş yeni strategiya üzərində qurmasıdır. Qurum həm də yaratdığı kreativ departament sayəsində kiçik bir reklam agentliyi kimi fəaliyyət göstərir. "The Onion"un markalı məzmun xidmətləri təqdim etdiyi markalar arasında "Ford", "Clorox" və "Hilton" kimi adlar var.



The Weather Co.


Şirkət əsasən əldə edilən məlumatlardan istifadə edərək, hava şəraitindən asılı olaraq hansı məhsul və ya markanın hansı bölgələrdə təsirli ola biləcəyi ilə bağlı tövsiyələr verir. Sadə hava proqnozu saytından əvvəl "Weather.com"un kabel televiziyası yayımına daxil edilməsi, markaların coğrafi məlumatları və hava şəraitini öz xeyrinə çevirmək üçün böyük bir yenilik kimi qəbul edilir.



Nate Silver


2008-ci ildə ABŞ yazıçısı Neyt Silver tərəfindən açılan FiveThirtyEight.com 2010-cu ildə "New York Times" qəzetinə daxil olub və siyasi bloq kimi fəaliyyətə başlayıb. Silverin bloqunu 2012-ci il seçkiləri zamanı hər beş "New York Times" oxucusundan biri ziyarət edirdi. Lakin son vaxtlar onun populyarlığını artıran hadisələrdən biri də 2008-ci il Amerika prezident seçkiləri ilə bağlı düzgün proqnozlarından sonra dəqiq statistik məlumatlar verərək 2012-ci il seçkilərində Obamanın seçiləcəyi 50 ştatı proqnozlaşdırmasıdır.



Oreo


"Super Bowl" gecəsi elektrik kəsilməsindən istifadə edən "Oreo", "360i" rəqəmsal agentliyinin rəhbərlik etdiyi Twitter hücumu ilə seçildi. “You can stil dunk in the dark.” tweeti gecənin ən maraqlı marketinq hadisəsinə çevrildi. İlk bir saatda 15811 dəfə retvit edilən və "Facebook"da 19610 nəfər tərəfindən bəyənilən tvitin mediada işıqlandırılması da çox müsbət olub. Brend direktoru Janda Lukin, növbəti strategiyaları ilə bağlı, "Rəqəmsal məkanda böyümək və genişlənmə yollarını axtarmağa davam edəcəyik" deyə qeyd edib.



First Round Capital


"First Round Capital" adi vençur kapitalı investisiya tresti deyil. Çünki şirkət startaplarla böyük brendlər arasında körpülər qurur. Şirkət prosesin əvvəlində 500.000 ABŞ dolları ilə 750.000 ABŞ dolları arasında dəyişən kiçik məbləğlərlə başlayır və sənaye daxilində bir-biri ilə əlaqəli bir çox sahibkar yaradır. 2012-ci il illik hesabatında FRC, yatırılan hər bir dollar üçün əks investorun 36 dollarına uyğun olduğunu bildirdi.



Google Apps


Keçən sentyabr ayında "iPhone"un yeni əməliyyat sistemi iOS ilə istifadəçilərinə təqdim etdiyi "Apple Maps" tətbiqi xəyal qırıqlığı yaratdıqda, "Google Maps" xilaskar kimi gündəmə gəldi. İş o yerə çatıb ki, proqram 48 saat ərzində 10 milyon insan tərəfindən yüklənib. "Google", "Apple App Store"un ilk 25-liyində 4-cü yeri tutmağı bacarıb. "Google Maps" 9-cu, bir çox "Google" məhsullarını bir tətbiqdə birləşdirən "Google Search" 17-ci, "Google Chrome" 75-ci yerdə qərarlaşıb.



Samsung Galaxy


"Samsung", Galaxy S III modeli üçün ərsəyə gətirdiyi 'The Next Big Thing Is Already' adlı kommersiya filmi ilə sadiq "iPhone" istifadəçilərinin beynində belə sual işarələri yaratmağı bacardı. Reklam altı ay ərzində 71 milyon izləyiciyə çatdı. Kampaniyanın istifadəçilərin niyə "iPhone"u seçməmələri ilə bağlı incə toxunuşları uğurlu olacaq, çünki CNet texnologiya təhlili saytında keçirilən səsvermədə Galaxy S III 2012-ci ilin ən yaxşı texnologiya məhsulu seçilib.