İlon Maskın sərvəti ilə bağlı araşdırma aparılıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu araşdırmaya görə əgər hər şey bugünkü kimi davam edərsə, 2024-cü ildə Maskı dünyanın ilk trilyonçusu adlandıracağıq. Dünyanın ən zəngin adamının sərvəti cəmi bir neçə ildən sonra 1,38 trilyon dollar ola bilər.


Tipalti Approve araşdırmasına görə, İlon Maskın sərvəti 2017-ci ildən hər il orta hesabla 129 faiz artıb. İlon Maskın rəqibi olan "Amazon" qurucusu Jeff Bezosun 2030-cu ilə qədər trilyonçu olacağı gözlənilmir.