Əməliyyat başa çatdıqdan sonra 4000-dən çox film və 17000 serial onlayn pərakəndə satış şirkətinin rəqəmsal yayım xidməti olan ''Prime Video''nun bir hissəsi olacaq.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ''Amazon''nun ''Metro-Goldwyn-Mayer'' (MGM) şirkətini alacağı ilə bağlı xəbərlər ilk dəfə keçən ilin may ayında çıxıb. Daha sonra e-ticarət nəhənginin MGM-i alacağı dəqiqləşərək 8,45 milyard dollar xərclənib. Hazırda ''Amazon''nun 8,5 milyard dollarlıq MGM alışı tamamlanıb.
Şirkətin ən böyük alışı isə 2017-ci ildə ''Whole Foods''un 13,7 milyard dollara alınması ilə olub.