''Coca-Cola'' plastik çirklənməni azaltmaq üçün Yaponiyada "Bon Aqua Water Bar" şüşəsiz su satış maşınlarını sınaqdan keçirir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Coca-Cola 2025-ci ilə qədər 500 şüşəsiz satış avtomatı quraşdırmağı planlaşdırır. ''Bon Aqua Water Bar'' adlanan avtomatlar keçən ilin dekabr ayında ''Universal Studios Japan''da sınaqdan keçirilməyə başlayıb. Bu avtomatdan içki almaq istəyənlər butulkalarını özləri ilə gətirməlidirlər. Maşın həmçinin təkrar istifadə edilə bilən şüşələr də təklif edir.
Şüşəsiz satış maşınları ''Coca-Cola''ya 2030-cu ilə qədər qablaşdırmasının 25%-ni təkrar istifadə edilə bilən hala gətirmək üzrə qlobal öhdəliyini yerinə yetirməyə kömək edə bilər.