Facemark.az Fərid Abdıyevin Z nəsli nə düşünür və satınalma qərarlarını necə verir? mövzusunda köşə yazısını təqdim edir.


Marketinq strategiyaları üçün illərdir hədəf nöqtəsi olan Y nəsli yerini bir sonrakı nəslə sürətli şəkildə buraxmağa başlayır. Satınalma gücü və təsiri get-gedə artan Z nəsli artıq ən önəmli istehlakçılara çevirilir. 1997-ci ildən sonra doğulanların daxil olduğu qrup istehlak alışqanlıqları ve rəqəmsal dünyaya baxış açıları ilə gözardı edilməyəcək bir duruma gəliblər.


Araşdırma şirkətlərinin təxmini hesablamalarına görə, 100 milyard dollardan artıq xərcləmə potensialı ilə bütün markaların diqqət etməsi vacib olan bir güc halındadırlar. Z nəslinin müəyyən hissəsinin 20+ yaşlarda olması və artıq öz pullarını qazanması ilə istehlakçıdan birbaşa alıcıya çevrilməsi prosesi sürətlənir.


''Global Web Index''in araşdırmasına görə, bu generasiyanın əsas xüsusiyyəti özlərinin bir qrupa aid hissetmə və qəbul edilmə istəyinin olmasıdı. Hər 5 Z nəsli üzvündən 2-si başqa insanların fikirlərini önəmsəyir və rahat şəkildə təsirə düşə bilirlər. Yaşlarından dolayı gözlənildiyi kimi 63%-i ailəsi ilə birlikdə yaşayır, 52%-i isə tələbələr təşkil edir. Z nəslinin 81%-i markalardan əyləncəli və səmimi kontentlər, videolar yaratmasını gözləyirlər. Digər nəsillərlə müqayisə etdiyimizdə, Y nəslinin 76%, X nəslinin 73%, daha öncəki nəsillərin isə 62%-nin bu düşüncədə olduğunu görürük. ''Instagram'', ''Snapchat'' və ələxüsus da son dönəmlərdə ''Tik-Tok'' sosial platformalarının geniş yayılması onların düşüncələrinə və satınalma qərarlarına birbaşa təsir göstərir.


Bu nəsil texnoloji trendləri yaxından izlədiyi və belə düşmək mümkünsə texnologiyanın içində böyüdüğü üçün bir məshul və xidməti satın almadan öncə də internet üzərində araşdırma aparır, şərhləri oxuyurlar. Araşdırmanı smartfonlar, tabletlər və kompüterlərdən apardıqları üçün internetdə daha çox vaxt keçirdirlər, bu da öz növbəsində bu sahədə artmış olan markalara yönəlmələrinə gətirib çıxarır. Xüsusən də e-ticarət şirkətlərinin bunları diqqətdə saxlaması çox vacibdir.


Z nəsli önünə qoyulan hər şeyi bəyənən bir nəsil deyil. Yuxarıda qeyd olunduğu kimi internetdə araşdırma etdikləri üçün seçici davranmağa üstnülük verirlər. Axtardıqları məhsulun bütün xüsusiyyətlərini və onlar üçün hansı faydanı yaradacağını müəyyən etdikləri üçün gərəksiz məshulları satın almaq istəmirlər.


Z nəsli X nəslinin övladlarıdır və X nəsli öz övladlarının bütün istəkləri yerinə yetirməyə çalışır və onları ərköyün böyüdürlər. Bu onları rahatlığa və hazırçılığa öyrənməsinə gətirib çıxarır. Bəzi şeyləri rahatlıqla əldə etməyə alışıblar və nəyisə rahat əldə etməyi artıq lüks olaraq görmürlər.


Z nəsli daha çox texnologiya ilə iç-içə olduğu üçün eyni anda birdən artıq kontentlə maraqlanır və bu səbəbdən də diqqətləri sürətli dağılır. Onların diqqətini çəkmək üçün markalara təxmini 8 saniyə düşür. Bu zaman aralığında maksiumum dərəcə onları qazanmaq lazımdır. Çünki kontent həddən artıq çoxdur və daima yenilənir. Ona görə markalar mümkün olduğu qədər maraqları cəlb edən və daha çox video formatda olan kontentlər yerləşdirməldir. X və Y nəsli ilə müqayisədə Z nəsli internet üzərindən daha az oxumağa üstünlük verirlər. Onları daha çox görüntü maraqlandırır.


Görünən odur ki, gün keçdikcə əvvəlki nəsillərin alıcılığı düşdüyü halda, təbii olaraq Z nəsli alıcığı artır. Markalar trendi izləməli və hədəf kütləyə uyğun strategiyalar müəyyən etməlidirlər.