Facemark.az-ın təşkilatçılığı ilə ''LIBRAFF'' kitab mağazasında ''Bu günün marketinqi 4'' kitabının təqdimatı keçirilib.
Qeyd edək ki, biznes, rəqəmsal media və marketinq ilə bağlı ən son xəbərlərin, köşə yazılarının və müsahibələrinin dərc olunduğu kitabda 68 müəllif, 9 fəsil və 243 yazı mövcuddur. Seriyanın ən bol kontentli kitabı olan “Bu günün marketinqi 4” 667 səhifədən ibarətdir. Eyni zamanda noyabr, dekabr və yanvar ayında ''LIBRAFF'' kitab mağazalarında top onluğa daxil olaraq bestseller siyahısına düşüb.
Təqdimatda kitabda yazıları dərc olunmuş müəlliflər, gənc yazarlar və digər qonaqlar iştirak edib. Tədbir Fil Agency və Facemark.az-ın rəhbəri Rafiq Hunaltayın açılış nitqi ilə başlayıb. O, 68 müəllifin marketinq və biznes mövzusunda olan yazılarının əhəmiyyətindən danışıb. Müəlliflərin çıxışından sonra oxucuların marağına səbəb olan kitabın imza mərasimi keçirilib.
Təqdimatın sonunda oxucular müəlliflərlə xatirə şəkilləri çəkdiriblər.
''Bu günün marketinqi 4'' kitabını ''LIBRAFF'' kitab mağazalarından əldə edə bilərsiniz.
Təqdimatdan videonu təqdim edirik: