Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu ilin 26 – 29 may tarixlərində Bakıda ilk dəfə keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ilə bağlı çoxsaylı müraciətlər nəzərə alınaraq bir neçə müsabiqənin qeydiyyat müddəti uzadılıb.


İnnovativ ideya və layihələrlə çıxış edən məktəbli, tələbə və gənc sahibkarların festivala göstərdiyi böyük maraq və yüksək fəallıq səbəbindən adları aşağıda qeyd edilən müsabiqələrin qeydiyyat tarixi 28 fevral 2022-ci ilə qədər uzadılır:


– “Baku Skills”


– “Yaşıl texnologiyalar”


– “Aqrar texnologiyalar”


– “Sosial yönümlü texnologiyalar”


– “Robotexnika”


Bundan əlavə, “Ağıllı şəhər” konsepsiyasını ehtiva edən “SMART QARABAĞ” Hakatonu üçün son müraciət tarixi dəyişdirilərək 1 aprel müəyyən olunub.


“Peyk modelləşdirilməsi”,“Pilotsuz uçuş aparatları” və “Sailplaner” adlı yarışlar üzrə qeydiyyat isə 17 fevral tarixindən etibarən dayandırılıb.