Facemark.az xarici mənbəyə istinadən şəbəkə marketinqi haqqında araşdırma yazını təqdim edir.


Şəbəkə marketinqi prosesində satıcı müvafiq şirkətdən məhsul/xidmət təqdim edir və ətrafındakı və ya potensial müştəri kimi gördüyü insanlarla görüş təyin edərək məhsul və ya xidməti tanıtdırır. Müştərini razı salmağı bacararsa, məhsulu, xidməti ona satır və bu qiymətin üstündə brendin müəyyən etdiyi tariflərlə komissiya qazanır. Ümumiyyətlə, şirkətlər bu müstəqil satıcıları həvəsləndirmək üçün satış nisbətinə uyğun olaraq artan faizlərdə komissiya dərəcələri müəyyən edir.


Şəbəkə marketinqini piramida sistemləri ilə qarışdırmamaq və onlar arasındakı incə xəttdən xəbərdar olmaq həm istehlakçının, həm də satıcının maraqlarına uyğun olacaq. Piramida sistemləri adətən maddi və ya keyfiyyətli məhsullar/xidmətlər təklif etmədən yüksək mənfəət vəd etməklə həm istehlakçıları, həm də satıcıları cəlb edir, lakin bir müddət sonra vəd edilən heç nəyi çatdırmadan yox olur.


Şəbəkə marketinqi klassik istehlakçı davranışı nümayiş etdirən və məsləhətlərə əhəmiyyət verən istehlakçılar üçün çox təsirli bir üsuldur. Bu səbəbdən bu gün də bir çox məşhur markanın istifadə etdiyi marketinq üsuludur.


Şəbəkə marketinqində şirkətlərin marketinq siyasətləri fərqli olsa da, adətən aşağıdakı iş axınından istifadə olunur.


1. Məhsul/xidmət müvafiq brenddən alınır
2. Satışa başlamaq üçün yaxın çevrələrdən və ya potensial müştərilərdən görüşlər tələb olunur.
3. Digər satış işçiləri də sistemə daxil edilir və onların satışından komissiyalar və iş stajı qazanılır.



Şəbəkə Marketinqi və Sosial Media


Həyatımızın rəqəmsallaşması və pandemiya ilə birlikdə görürük ki, artıq sosial mediada da şəbəkə marketinqi işləri aparılır və hətta satıcılar fərdi şəkildə reklam edərək, bazarlara girərək, yeni satıcılar qazanaraq məhsul satmağa başlayırlar.