Şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi məlumatlara görə, 2021-ci ildə ''Amazon'' reklamlara 16,9 milyard dollar xərcləyib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ''Amazon Web Services'' bulud platformasından işçilərin maaşları və satış komissiyaları da daxil olmaqla ''Amazon''un ümumi marketinq xərcləri 48% artaraq 32,6 milyard dollara çatıb.


Pandemiyanın başlanğıcında şirkət ilk dəfə olaraq marketinq xərclərini 100 milyon dollar azaltmalı olub. Bununla belə, ''Amazon''un gəlirləri artıb. 2020-ci ildə xalis satışlar 386 milyard dollar, 2021-ci ildə isə 470 milyard dollar təşkil edib.