Avrasiya Əməkdaşlıq Fondu gənc proqram  YouthFund –la bağlı yeni cizgi filmi təqdim etdi. Çarxda göstərilir ki, gənclər erkən nikah, ekoloji çirklənmə və incəsənətin inkişafı kimi sosial problemlərlə bağlı layihələr yazırlar. YouthFund proqramı bu sosial layihələrin hər biri üçün müəyyən büdcə ayırır və onların reallaşmasına kömək edir. Animasyon çarxın bütün qəhrəmanları müxtəlif aksiyalar keçirir və sonda olunan işin nəticəsi göstərilir.


Çarx animasyon çarxlar və cizgi filmləri üzrə ixtisaslaşmış rəqəmsal agentlik "Prosper" tərəfindən hazırlanıb. İş iki mərhələdə həyata keçirilib. Əvvəl studiyada real insanların çəkilişi aparılıb, ikinci mərhələdə isə animatorlar əlavə personajlar, fon və dekorasiyanı hazırlayıb.


YouthFund proqramı hazırlanan cizgi filmi vasitəsilə gəncləri sosial layihələr reallaşdırmağa səsləyir.