"Neflix" keçən il videoservis tanıtımına 2,5 milyard dollardan çox pul xərcləyib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Netflix" 2021-ci ili 29,7 milyard dollar gəlir (+19%) və 6,2 milyard dollar əməliyyat gəliri (+35%) ilə başa vurub. Şirkətin marketinq xərcləri 14% artaraq 2,5 milyard dollardan çox olub.Tamaşaçıları cəlb etmək və öz layihələrini tanıtmaq üçün "Netflix" "Tudum" media layihəsinə başlayıb. Burada televiziya şoularını sevənlər premyeralar haqqında xəbərləri öyrənə, aktyorlarla müsahibələrə və bu barədə əlavə materiallara baxa bilərlər.


Məlumata əsasən, 2021-ci ilin birinci yarısında "Netflix"in bazar payı 3%-dən 8,9%-ə yüksəlib.