Facemark.az "Marka Okulu"nun növbəti təlimini təqdim edir.


Sportsnet Group, İdarə Heyətinin sədri Ahmet Gülüm tərəfindən keçiriləcək "İdman yönümlü marketinq kommunikasiyası" kursu mart ayının 7-də başlayacaq.


Kursda idman və marketinq kommunikasiyasının ortaq məxrəcləri və komponentləri elmi nöqteyi-nəzərdən müzakirə ediləcək, eyni zamanda “İdman yönümlü marketinq kommunikasiyası”nın strateji məqamları və onun rəqəmsal transformasiyaya verdiyi töhfələr elmi araşdırmalar vasitəsilə qiymətləndiriləcək.


Bu kursu müvəffəqiyyətlə bitirən tələbələr:


1. Tələbələr idman yönümlü marketinq kommunikasiyasının əsaslarını öyrənəcəklər.
2. Sponsorluq, idman marketinqi və idman ünsiyyətinin fərqlərini və təfərrüatlarını qavrayacaqlar.
3. İdman kampaniyası yaradanda nələrə diqqət etməli olduğunu başa düşəcəklər.


Bu dərsə kimlər qatıla bilər?


1. İdman yönümlü ünsiyyət strategiyaları sahəsində ixtisaslaşmaq istəyənlər
2. İdman sahəsində özünü təkmilləşdirmək istəyənlər
3. Sponsorluq səylərini istiqamətləndirən brend menecerlər



Qeyd: Təlimin ilk dərsi hibrid olaraq keçiriləcək. Sportsnet-də olacaq dərsə fiziki və ya zoom vasitəsilə onlayn iştirak edə bilərsiniz.


Ətraflı məlumat və qeydiyyat üçün linkə daxil ola bilərsiniz.