Zaman dəyişir və "M&M's"in tanınmış maskotları da dəyişir.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, müasir zamana uyğunlaşmaq üçün 80 yaşlı brend personajlarına yenilik gətirir.


“Biz personajlarımıza həm daxildən, həm də xaricdən nəzər saldıq və yaşadığımız dinamik və mütərəqqi dünyanı daha çox təmsil etmək üçün onların görünüşlərini təkmilləşdirdik”, – deyə şirkətin qlobal vitse-prezidenti Jane Hwang qeyd edib.


Həmçinin məlumata əsasən, "Green" və "Brown" daha çox "qadınları dəstəkləyən, parlaqlıq verən qüvvə" kimi birləşəcəklər.


Şirkət insanları cinsindən deyil, özünəməxsus şəxsiyyətlərinə daha çox diqqət yetirməyə sövq etmək üçün personajların adlarına prefikslər əlavə etməyi dayandıracaq.


Yenidən qurulan maskotların televiziya reklamlarında, sosial mediada yayılması planlaşdırılır.