"Microsoft"un rəhbəri Bill Qeyts tərəfindən dəstəklənən "Breakthrough Energy Catalyst" (BEC) dövlət-özəl fondu ABŞ, Böyük Britaniya və Avropa İttifaqının təmiz texnologiyalar sahəsində layihələrə 15 milyard dollara qədər sərmayə qoymağı planlaşdırır.


Facemark xarici xəbərə isitnadən xəbər verir ki, BEC 2015-ci ildə Geyts tərəfindən təsis edilmiş daha geniş "Breakthrough Energy Group"un bir hissəsidir. Bu günə qədər biznes və xeyriyyə təşkilatlarından 1,5 milyard dollardan çox vəsait toplayıb. Bununla belə, BEC-in idarəedici direktoru Con Qoldman Financial Times-a bildirib ki, fond toplanan məbləğin 10 qatını sərmayə qoymağı planlaşdırır.


Qeyd edək ki, fond iri layihələrə investisiya qoymağı, xeyriyyə ianələrini həyata keçirməyi, sub-bazar kapitalına investisiyalar etməyi və təchizat müqavilələri bağlamağı da planlaşdırır.