Dünyada və Türkiyədə sürreal rəsm əsərlərinin yer aldığı "Türkiyənin ilk sürreal rəsm əsərlərinin sərgisi: Özə dönüş" Türkiyədə cəmiyyətin sürrealizm dünyasına aid məlumatlarını önə çıxarır.
Facemark rəsmi mənbəyə istinadən xəbər verir ki, "FutureBright" və "ZMET" İnstitutu tərəfindən təşkil edilən sərgi, ziyarətçilərinə fərqli atmosfer vəd edir. Dünyanın ən nüfuzlu tədqiqat metodlarından biri olan "ZMET", Harvard Universitetinin professoru Gerald Zaltman tərəfindən təkmilləşdirilmiş tədqiqat modelidir. Bu model insanların dərin duyğularına, tələb, təzyiq və qorxularına metaforalar vasitəsilə çatır.
Metaforaları "sıxılmış dərin duyğular toplusu" kimi təyin edən "ZMET"in Türkiyə üçün xüsusi mənası var. Türkiyədə özümüzü ifadə etmək üçün gündə orta hesabla 360 metafora istifadə edirik. Bu da metaforaların nə qədər vacib olduğunu göstərir.
Qeyd edək ki, Facemark.az "FutureBright"ın Azərbaycandakı tərəfdaşlarından biridir.
Sərgi 14 Yanvar - 8 Fevral tarixlərini əhatə edəcək.
Məkan: Nişantaşı Maji Art Gallery
Teşvikiye, Sinoplu Şht. Cemal Sk. 4/B, 34363
Şişli/İstanbul
Saat: 18.00
LCV: Ayfer Abdurrahman +90 533 277 37 66
WEB: bilincdisi.org futurebright.com.tr