Hər birimiz gündəlik həyatda saysız-hesabsız reklamla qarşılaşırıq. Buna sosial mediadan tutmuş bilborda qədər bir-birindən fərqli reklamlar daxildir.


Ancaq onlardan bəziləri var ki, ən sevdiyimiz filmlərin musiqisini eşidəndə, yaxud onlara dair hər hansı bir detalı görəndə necə hiss ediriksə, tam da elə hiss etdirir.


Bəs bu reklam strategiyalarının sirri nədir, niyə üzərindən uzun illər keçməsinə baxmayaraq bəzi reklamlar hələ də yaddaşlarda qalmağı bacarır və sözün əsl mənasında içimizdəki sarı simə toxunur?


Buna ən gözəl nümunə təbii ki, "Coca-Cola"nın “I'd like to teach the world to sing” reklamıdır. Şirkətin yenidən doğulmasına səbəb olan Sergio Zyman bu barədə deyirdi ki, “bütün zamanların ən məşhur TV reklamlarından biri olan “l'd like to teach the world to sing” bir şüşə də artıq "Coca-Cola" satmayıb”. Məqsəd də satmaq deyildi. Bu reklamlar insanları əyləndirir, diqqətini cəlb edir və bu yolla da unudulmazlığını təmin edirdi.


Təbii ki, reklam indiyə kimi bu qəbildən lider şirkətlərə milyardlar qazandırıb, ancaq reklamlar həm də dəyərli hiss etdirməyi, ruhumuzu oxşamağı, “uzaqlara aparmağı” bacardığı halda, əsl iş ortaya çıxdığını əminliklə deyə bilərik.


"Coca-Cola" məşhur sloqanında dediyi kimi “Taste the Feelings” (We make the simple moments last for a lifetime, So we'll feel forever)


Sizin də bu hissləri dadmanız üçün aşağıya həmin reklamlardan bir neçəsini yerləşdirmək istərdim, lakin mən sizin bu məqaləni oxumağınızı istəyirəm.