Dünya nəhəngi "Royal Dutch Shell" adını dəyişirərək tamamilə Britaniya şirkətinə çevrilir.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, Hollandiya-Böyük Britaniya ortaqlığı olan "Royal Dutch Shell", tamamilə Britaniya şirkəti olmaq üçün qərargahını İngiltərəyə köçürür. "Royal Dutch" adından imtina edəcək şirkət fəaliyyətini yalnız "Shell" adı ilə davam etdirəcək. Dəyişiklikdən sonra "Shell" Hollandiyada mövcud olmağa davam edəcək.


"Shell" səhmləri Amsterdam, London və Nyu-York birjalarında alqı-satqısını davam etdirəcək. Şirkətin rəhbəri Beurdenin sözlərinə görə, bu dəyişiklik "Shell"in daha sürətli və davamlı olmasına kömək edəcək.