Rusiyanın məşhur “Maşa və ayı” cizgifilminin yeni mövsümündə bir seriya Azərbaycana həsr olunub.


Facemark yerli mənbəyə istinadən məlumat verir ki, Maşanın Məlikməmmədin nağılını danışdığı seriyada Azərbaycanın milli naxışlarından tutmuş, şahın buxara papağı, şahzadə Məlikməmmədin və nişanlısı Göyçək Fatmanın milli geyimləri, həmçinin Maşanın masasının üzərində şəkərbura, paxlava və qoğal kimi milli mətbəximizin inciləri, armudu stəkanda çay, regiona məxsus nar, üzüm, armud kimi meyvələrin olması cizgifilmə xüsusi rəng qatıb.


Cizgi filminin maraqlı məqamlarından biri Məlikməmmədin quyuya düşməsi anıdır. Orada armud bağının içində Göyçək Fatma kamançada “Sarı gəlin”i ifa edir və onun Azərbaycanın qədim xalq mahnısı olduğu bildirilir.


Həmin seriyanın tam versiyasına buradan baxa bilərsiniz.