“Sony”, “Tesla”, “PayPal” və “Uber” dünyanın nifrət edilən markalarının reytinqində lider olublar.
Facemark xarici mənbəyə istinadən məlumat verir ki, oyun, fast food və texnologiya sahələrində isə “Ubisoft”, “KFC” və “Microsoft” siyahıya liderlik edir.
“RAVE Reviews”, fərqli markaları əhatə edən 1 milyondan çox tviti qiymətləndirərək bəyənilməyən təşkilatları sıralayıb. Nəticədə, “Sony”, “Tesla”, “PayPal” və “Uber” bütün markalar arasında fərqlənib.
“Sony” 10 ölkədə, “Tesla” avtomobil markası yeddi ölkədə, “PayPal” və “Uber” isə beş ölkədə istifadəçilərin mənfi rəylərinə görə ön sırada dayanır. Həmçinin bir sıra ölkələrdə “Game Freak”, “Capcom” və “Kohami” də bəyənilmir.
“KFC” 14 ölkədə sevilməyən fast food markası olub. Bir neçə il əvvəl “McDonald's” reytinqdə ikinci yeri tuturdusa, hazırda yalnız dörd ölkədə bəyənilmir. Rusiyada istifadəçilər “Starbucks”ı bəyənmirlər. O cümlədən, dünyada “Wendy's”, “Burger King”, “Subway” və “Domino”a qarşı da yüksək mənfi yanaşma var.
Böyük texnologiya markalarına gəldikdə isə onlarla bağlı mənfi rəy yalnız 12 ölkədə müşahidə ediilib və birinci yeri “Microsoft” tutub. “Facebook” və “Google” isə 24 ölkədə bəyənilmir.