"YouTube" veb brauzerində kiçik ekran xüsusiyyətini dəstəkləyir.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, yeni funksiya ilə ekranın küncündə kiçildilmiş videoya baxmaq mümkün olacaq. Belə ki, "Android" və ya "iOS" cihazınızda ekranı tərk etsəniz belə bu video sağ alt küncdə davam edəcək.


"YouTube"un telefonlara gətirdiyi yeni xüsusiyyətə görə "play" düyməsinə toxunduğunuzda video avtomatik olaraq kiçildilmiş görünüşdə başlayır. Lakin hər hansı bir yerə tıkladığınızda tam ekrana geri dönmüş olursunuz.