Facemark.az bu il "Brand Week Istanbul" festivalının media partnyoru olacaq.


Ən böyük yaradıcılıq festivallardan olan “Brend Week” 9-cu ili münasibətilə dünyaca məşhur liderləri iştirakçılarla görüşdürəcək.


Bu il festival “21-ci əsrdə insan olmaq” mövzusu ilə cəmiyyət, iqtisadiyyat və texnologiya arasındakı əlaqələrdən bəhs edəcək.


Facemark.az media partnyoru olduğu festival haqqında qeyd edir ki, festival bir çox maraqlı mövzuları əhatə edəcək. Qonaqlar arasında Ekrem İmamoğlu, Zülfü Livaneli, Brian Solis, Andre Aciman və digər görkəmli şəxslər iştirak edəcək. Festival haqqında daha ətraflı məlumatla rəsmi saytları vasitəsilə tanış ola bilərsiniz.


Qeyd edək ki, 8-12 noyabr tarixlərində keçiriləcək festivala biletlər artıq satışdadır. Online bilət əldə etmək üçün bu sayta daxil ola bilərsiniz.


Əlavə edək ki, Facemark.az əməkdaşları da həmin tədbirdə iştirak edəcəklər.